Futbol üzrə Türkiyə kuboku yarışlarında ilk yarımfinalçı müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışın dörddəbir final mərhələsi çərçivəsində “Trabzonspor” klubu ilə qarşılaşan "Ankaragücü" rəqibini 3:1 hesabı ilə məğlub edib.
Bu qələbə ilə "Ankaragücü" yarımfinala yüksəlib. Komanda bu mərhələdə "Qalatasaray" - "Başakşehir" matçının qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, kubok yarışlarında dörddəbir final mərhələsi bir oyundan ibarətdir.