“Trabzonspor” klubu yenidən baş məşqçisiz qalıb

A- A A+

Türkiyənin “Trabzonspor” futbol klubu yenidən baş məşqçisiz qalıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Trabzon təmsilçisinin çalışdırıcısı Orhan Ak istefa verib.

Türkiyə kuboku yarışlarının dörddəbir final mərhələsinin “Ankaragücü” (3:1) ilə matçından sonra mətbuat konfransında iştirak edən 43 yaşlı mütəxəssis klub prezidenti ilə hələlik əlaqə qura bilməsə də, futbolçularla artıq vidalaşdığını deyərək, komandadan gedəcəyini açıqlayıb.

Qeyd edək ki, Abdullah Avcının gedişindən sonra martın 8-də bu posta təyin olunan Akın rəhbərliyi altında “Trabzonspor” 3 oyun keçirib. Komanda bu matçların ikisində məğlub olaraq yalnız bir görüşdə meydandan qalib ayrılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: