AVRO-2024-ün final mərhələsi üçün biletlərin satışa çıxarılacağı tarix açıqlanıb

A- A A+

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin oyunları üçün biletlərin satışa çıxarılacağı tarix müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi “Sky Sports”a istinadən xəbər verir ki, bu barədə məlumat UEFA-nın Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Konqresində açıqlanıb.

Bildirilib ki, bilet satışına bu il oktyabrın 3-də başlanılacaq. Biletlərin qiyməti dörd kateqoriyadan ibarət olacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2024-cü il 14 iyun – 14 iyul aralığında keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: