“Araz-Naxçıvan” 22-ci turda 1 xalla kifayətlənib - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Futbol üzrə Azərbaycan I Divizionun 22-ci turu çərçivəsində lider “Araz-Naxçıvan” növbəti oyununda “Qəbələ - 2” komandası ilə üz-üzə gəlib.
Doğma azarkeşləri önündə meydana çıxan “Araz-Naxçıvan” ilk hissədə bir neçə dəfə qol vurmaq şansına yaxın olsa da, ilk 45 dəqiqə 0-0 hesablı bərabərliklə bitib.
Matçın ikinci hissəsi daha gərgin mübarizə zəminində keçsə də, yenə də toru silkələyən olmayıb. 81-ci dəqiqədə qonaq komandanın heyətində Rauf Rüstəmli kobud oyununa görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Bununla belə görüşdə qol olmayıb və komandalar 0-0 hesablı bərabərliyə razılaşıblar.
Qeyd edək ki, “Araz-Naxçıvan” cari çempionatda ardıcıl 7 qələbədən sonra 1 xalla kifayətlənməli olub. “Qırmızı-ağlar” 54 xalla turnir cədvəlinin lideridir.
Əli Məmmədov