“Qalatasaray” klubu Türkiyə kuboku yarışlarında mübarizəni dayandırıb

A- A A+

Futbol üzrə Türkiyə kuboku yarışlarında dörddəbir final mərhələsinin daha bir oyunu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Qalatasaray" klubu doğma meydanında "Başakşehir"i qəbul edib. Görüş “Başakşehir”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Başakşehir”in heyətində Patrik Şiş dubl edib, digər qolu Daniel Aleksiç vurub. Meydan sahiblərinin heyətində isə Kaan Ayhan və Mauro İkardi fərqləniblər.

Beləliklə, “Qalatasaray” klubu Türkiyə kuboku yarışlarında mübarizəni dayandırıb.

Qeyd edək ki, “Başakşehir” klubu finala gedən yolda "Ankaragücü" ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: