“Real Madrid” “Barselona”ya qalib gələrək finala çıxıb

A- A A+

İspaniya kubokunun yarımfinal mərhələsində "Barselona" əzəli rəqibi "Real Madrid"i qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Barselonada “Kamp Nou” stadionunda keçirilən oyun 4:0 hesabı ilə paytaxt təmsilçisinin xeyrinə başa çatıb.

Fransalı hücumçu Kərim Benzema son görüşdə 50, 58 (penalti) və 81-ci dəqiqələrdə qol vuraraq het-trik edib. Vinisius Junior birinci hissənin sonunda Kataloniya qapısına daha bir top göndərib.

Qeyd edək ki, martın 2-də Madriddə keçirilən ilk yarımfinal oyunu “Barselona”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: