Frank Lempard “Çelsi”yə müvəqqəti baş məşqçi təyin olunub

A- A A+

Frank Lempard “Çelsi” klubuna müvəqqəti baş məşqçi təyin olunub.

NUHÇIXAN İnformasiya Agentliyi İngiltərə mətbuatına istinadla xəbər verir ki, London təmsilçisi sabiq baş məşqçisi ilə mövsümün sonunadək müqavilə bağlayıb.

Klub uzunmüddətli layihə üçün yeni məşqçi axtarışı prosesini davam etdirəcək.

Mütəxəssis 2019-cu ilin yayından və 2021-ci ilin yanvarına kimi London təmsilçisini çalışdırıb, daha sonra "Everton"a keçib.

Xatırladaq ki, aprelin əvvəlində “Çelsi” baş məşqçisi Qrem Potteri istefaya göndərib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: