Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində geriləyib

A- A A+

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sonuncu dəfə ötən ilin dekabr ayında açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandası 3 pillə geriləyərək 1142 xalla 124-cü pillədə qərarlaşıb.

Son dünya çempionu Argentina millisi reytinq cədvəlində birinci pilləyə yüksəlib. Komandanın hesabında 1840 xal var. Fransa seçməsi 1838 xalla ikinci pilləyə qalxıb. Braziliya yığması liderlikdən üçüncü pilləyə geriləyib – 1834 xal.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: