Qadın futbolçulardan ibarət komandalar arasında aprelin 8-də və 11-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan-Türkiyə yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-nın saytına istinadən xəbər verir ki, aprelin 8-də keçiriləcək qarşılaşmanı Gürcüstandan, 11-də təşkil olunacaq oyunu isə Rumıniyadan olan FIFA referiləri idarə edəcək.
İlk oyunun baş hakimi Teona Sturua olacaq. Ona həmyerliləri Xatuna Maisuradze və Ketevan Qaiparaşvili kömək edəcəklər.
Kristina Mariana Trandafir ikinci matçın baş hakimi, Elena Mihaila Tepusa və Roxana İvanov yan xətt hakimləri olacaqlar.
Hər iki matçda dördüncü hakim funksiyasını Fəridə Lütfəliyeva yerinə yetirəcək.