“Fövqəladə Hallara Hazırlıq Düşərgəsi”nə start verilib - VİDEO
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Naxçıvanda gənclərin “Fövqəladə Hallara Hazırlıq Düşərgəsi” təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Gənclər Fondunun birgə təşkil etdiyi düşərgə iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, Heydər Əliyev Muzeyi ilə tanış olublar.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:
Xosrov İbrahimov