Aprelin 7-də futbol üzrə İspaniya La Liqasında 28-ci tura start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun ilk matçında “Sevilya” öz meydanında “Selta”nı qəbul edib.
Oyunun gedişində 2:0 hesabı ilə irəlidə olan əndəlüslülər üstünlüklərini əldən veriblər – 2:2. Meydan sahiblərinin heyətində En Nesyri və Akunya, qonaqlardan isə Rodrigez və Paçiençia fərqləniblər.
Bu nəticədən sonra “Sevilya” 32 xalla 13-cü pillədədir. “Selta” isə xallarının sayını 36-ya çatdırıb və 9-cudur.