“Barselona”nın prezidenti FIFA və UEFA-ya müraciət edib

A- A A+

“Barselona” futbol klubunun prezidenti Xuan Laporta korrupsiya qalmaqalı ilə bağlı FIFA və UEFA-ya müraciət edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 61 yaşlı funksioner hər iki quruma məktub göndərərək etirazını bildirib.

Laporta onlardan Kataloniya təmsilçisinə qarşı qərəzli mövqedən uzaq durmağı xahiş edib.

Klub rəhbəri həmçinin özlərini müdafiə etmək üçün danışmaq niyyətində olduqlarını da bildirib.

Qeyd edək ki, "Barselona"nın 2001-2018-ci illərdə İspaniya Kral Futbol Federasiyasının Texniki Hakimlər Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyraya pul ödədiyi iddia edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: