"Fənərbağça" baş məşqçisinə yeni müqavilə təklif edib

A- A A+

Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi Jorji Jezuşa yeni müqavilə təklif edib.

NUHÇIXAN İnformasiya Agentliyi "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi portuqaliyalı mütəxəssislə əməkdaşlığın müddətini 2025-ci ilin yayınadək uzatmaq istəyir.

İddiaya görə, 69 yaşlı baş məşqçi də cari mövsümün sonunda başa çatacaq sözləşməsini yeniləməkdə maraqlıdır. Tərəflər arasında danışıqların davam etdiyi bildirilib.

Qeyd edək ki, Jorji Jezuş "Fənərbağça"nın sükanı arxasına ötən ilin iyununda keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: