“Qarabağ” klubu cərimələnib

A- A A+

“Qarabağ” klubu AFFA İntizam Komitəsi tərəfindən cərimələnib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, buna səbəb Premyer Liqanın XXIX turunun “Kəpəz”lə ev oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olmasıdır.

Bu, Ağdam klubunun 1600 manat məbləğində cərimələnməsi ilə nəticələnib.

Qeyd edək ki, “Qarabağ” – “Kəpəz” görüşü meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: