"Beşiktaş" xeyriyyə oyununda "Atletiko"ya qalib gəlib

A- A A+

Türkiyədə "Beşiktaş" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında xeyriyyə oyunu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, "Vodofon Park" stadionunda oynanılan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 25-ci dəqiqədə Jedson Fernandeş və 88-ci dəqiqədə Kevin Nkudu vurublar.

Matçdan öncə Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, oyundan əldə olunacaq gəlir zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.

Daha əvvəl "Qarabağ" Bakıda Türkiyə "Qalatasaray"ı ilə xeyriyyə matçı (1:2) keçirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: