Adı “Qarabağ”la hallanan Albaniyanın “Tirana” futbol klubunun hücumçusu Florent Hasani Ağdam komandasına mümkün keçidi barədə danışıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kosovalı forvard menecerinin bu işlə məşğul olduğunu deyərək, mövsümün sonunda karyerasını Azərbaycanda davam etdirə biləcəyinə eyham vurub: “Menecerim bu məsələ ilə məşğul olur. Azərbaycan çempionatını izləyirəm. Çox yaxşı çempionatdır. Qismət olsa, orada futbol oynayacağam. Hər şeyə yayda aydınlıq gələcək. Hələlik isə bütün diqqətimi “Tirana”nın oyunlarına yönəltmişəm”.