Azərbaycan XİN: "Ermənistan tərəfi nifrət zəminində cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir"
"Ermənistan tərəfi nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı açıqlamada qeyd edilib.
"Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Bu aktı törətmiş şəxs ilkin olaraq saxlanılsa da, onun sonradan təmtəraqlı alqışlarla azad edilməsi ciddi narahatlıq doğurur", - məlumatda vurğulanıb.
Xatırladaq ki, Ermənistanın hüquq-mühafizə orqanları Azərbaycan bayrağını yandıran şəxsə qarşı cinayət işi açmaqdan imtina edib.