Nazirlik: "Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Gürcüstandadır, bu gün Vətənə qayıdırlar" - YENİLƏNİB
Ağırlıqqaldırma üzrə Azərbaycan millisi hazırda Gürcüstandadır, millimiz bu gün Vətənə qayıdacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev məlumat verib.
"Azərbaycan nümayəndə heyəti avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub", - o, əlavə edib.
Nazirlik sözçüsü bildirib ki, komandanı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21:20-də Vətənə çatacaq.