Üç ölkə İspaniya Superkuboku matçına ev sahibliyi etmək istəyir

A- A A+

İspaniya Superkuboku uğrunda matç yenidən xarici ölkədə keçirilə bilər.

NUHÇIXAN xəbər verir ki, İspaniya Futbol Federasiyası ABŞ, Çin və Qətərdən müvafiq təkliflər alıb.

Təklif göndərənlər arasında “Jirona”-“Barselona” matçını ABŞ-da keçirmək istəyən “Relevent” şirkəti də var. Xatırladaq ki, FIFA bu təklifin əleyhinə çıxmışdı. Alınan məlumatlara görə, İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales Birləşmiş Ştatlar variantına daha çox meyillidir. Belə ki, federasiya rəhbəri amerikan bazarının ispan çempionatı üçün strateji əhəmiyyətə malik olduğu fikrindədir. Bununla belə, Çin və Qətər matçın keçirilməsi üçün daha yüksək məbləğlər təklif edirlər.

Bu il Mərakeşdə keçirilən İspaniya Superkuboku matçında “Barselona” “Sevilya” klubunu 2:1 hesabı ilə məğlub edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: