“İnter” klubu “Barselona” ilə matçın bilet satışından 5,8 milyon avro gəlir götürəcək

A- A A+

UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda “İnter” klubu “Barselona” ilə matçın biletlərinin satışından İtaliya futbolu üçün rekord məbləğdə - 5,8 milyon avro gəlir götürəcək.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, noyabrın 6-da “Cüzeppe Meazza” stadionunda keçiriləcək matça 73,5 min azarkeşin baxması gözlənilir.

İtaliya futbolunda bilet satışından əldə olunan 5,2 milyon avro məbləğində əvvəlki rekord UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün yarımfinalında “Roma”-“Liverpul” (4:2) oyununda qeydə alınmışdı. Bundan başqa, “İnter”in İtaliya çempionatında doğma meydanda “Yuventus”a (2:3) qarşı keçirdiyi oyunda da bilet satışından eyni məbləğdə gəlir əldə edilmişdi.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində üç turdan sonra “Barselona” 9 xalla B qrupunda liderlik edir. “İnter”in aktivində 6, “PESV Eyndhoven”in və “Tottenhem”in 1 xalı var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: