Naxçıvan atletləri ölkə çempionatını ikinciliklə başa vurublar - FOTOLAR

A- A A+

Lənkəran şəhərində kros qaçışı üzrə Azərbaycan yaz çempionatı keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvanı yarışda 2 idmançı təmsil edib. İl ərzində ardıcıl nailiyyətlərə imza ataraq ölkə birinciliklərində baş mükafatçı olan Aysu Abbasova bu dəfə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Aysu 2 km məsafəni 8 dəqiqə 27.58 saniyəyə qət edərək gümüş medala sahib çıxıb.

Digər təmsilçimiz Əmrah Nağıyev də turniri ikinci sırada bitirib. Medal kolleksiyasına daha bir "gümüş" əlavə edən təcrübəli atlet 10 km məsafəni tamamlamaq üçün 35 dəqiqə 57.96 saniyə vaxt sərf edib. 

İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub. 

Yarışda "Bakı", "Naxçıvan", "Gəncə", "Bərdə", "İsmayıllı", "Xızı", "Lənkəran", "Astara", "Təhsil – RİM", "Təhsil 1" və "Təhsil 5" komandalarının heyətində ümumilikdə 170 idmançı iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: