Çempionlar Liqası oyunlarında ilk qolu ən çox vuran futbolçular açıqlanıb

A- A A+

UEFA Çempionlar Liqası (ÇL) oyunlarında ilk qolu ən çox vuran futbolçular müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ən nüfuzlu klub turniri matçlarında hesabı hamıdan çox açan 10 oyunçunun adını açıqlayıb.

Siyahıya Kriştianu Ronaldu başçılıq edir. Portuqaliyalı superulduz 48 qarşılaşmada ilk qolun müəllifi olub. Onu 40 topla Lionel Messi izləyir.

İngiltərə klubu “Çelsi” ilə 1/4 final mərhələsinin ilk görüşündə hesabı açan İspaniya təmsilçisi “Real Madrid”in (2:0) hücumçusu Kərim Benzema 30-cu dəfə bunu bacarıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: