Gənclərin Ordubada ekskursiyası təşkil olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 18 Aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə gənclərin Ordubad rayonuna ekskursiya təşkil olunub.
Ekskursiyada iştirak edən 30 gənc ulu öndər Heydər Əliyevin “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır” müdrik fikri yazılan plakat açıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı əlamətdar günün tarixi barədə məlumat verib.
Sonra gənclər Ordubad şəhəri ərazisində yerləşən Ordubad Rayon Tarix - Diyarşünaslıq muzeyini, həmçinin kimyaçı alim, akademik Yusif Məmmədəliyevin, görkəmli roman ustası Məmməd Səid Ordubadinin, maarifpərvər ziyalı Məhəmməd Tağı Sidqinin ev - muzeylərini, ziyarət edib, qədim Sərşəhər məhəlləsini gəzib, tarixi Buzxana abidəsi ilə tanış olublar.
Ekskursiya çərçivəsində gənclər arasında “Tarix və mədəniyyət" bilik müsabiqəsi də keçirilib.
Şəfa Səfərova