“Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyənləşib

A- A A+

Türkiyənin “Trabzonspor” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, komanda xorvatiyalı mütəxəssis Nenad Belitsa həvalə olunub.

Mütəxəssislə 2024/2025-ci il mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, "Trabzonspor"da Abdullah Avcının martda istefaya göndərilməsindən sonra köməkçi məşqçi Orhan Ak bu mövsümün sonunadək baş məşqçi təyin olunmuşdu. Ancaq o, aprelin 5-də - Türkiyə kuboku yarışlarının dörddəbir finalında "Ankaragücü"nə 1:3 hesabı ilə uduzduqları oyundan sonra istefa verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: