Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, cavab oyunlarından sonra yarımfinalın iştirakçıları müəyyənləşəcək. Görüşlərdən ikisi Bakı vaxtı ilə saat 20:45-də, digər ikisi isə saat 23:00-da başlayacaq.
"Fiorentina" ilk matçda darmadağın etdiyi Polşa "Lex"i ilə bu dəfə İtaliyada qarşılaşacaq. "AZ Alkmaar" isə Belçikada "Anderlext"ə 0:2 hesablı məğlubiyyətin əvəzini Niderlandda çıxmağa çalışacaq.
Pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdıran Belçika "Gent"i İngiltərədə "Vest Hem"in qonağı olacaq. "Nitsa" isə Fransada İsveçrə "Bazel"i ilə münasibətlərinə aydınlıq gətirəcək.
UEFA Konfrans Liqası
1/4 final
13 aprel
20:45. "Fiorentina" (İtaliya) - "Lex" (Polşa)
İlk oyun - 4:1
20:45. "AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika)
İlk oyun - 0:2
23:00. "Vest Hem" (İngiltərə) - "Gent" (Belçika)
İlk oyun - 1:1
23:00. "Nitsa" (Fransa) - "Bazel" (İsveçrə)
İlk oyun - 2:2.