Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq

A- A A+

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bununla da yarımfinalın iştirakçıları bəlli olacaq.

Eyni saatda start götürəcək matçlarda İngiltərə "Mançester Yunayted"i İspaniyada "Sevilya"nın, İtaliya "Yuventus"u Portuqaliyada "Sportinq"in, Almaniya "Bayer"i Belçikada "Union"un, Niderland "Feyenoord"u isə İtaliyada "Roma"nın qonağı olacaq.

UEFA Avropa Liqası
1/4 final, cavab oyunları
20 aprel

23:00. "Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
İlk oyun - 2:2

23:00. "Sportinq" (Portuqaliya) - "Yuventus" (İtaliya)
İlk oyun - 0:1

23:00. "Union" (Belçika) - "Bayer" (Almaniya)
İlk oyun - 1:1

23:00. "Roma" (İtaliya) - "Feyenoord" (Niderland)
İlk oyun - 0:1

Qeyd edək ki, yarımfinalda "Sportinq" - "Yuventus" / "Sevilya" - "Mançester Yunayted" və "Roma" - "Feyenoord" / "Union" - "Bayer" cütünün qalibləri üz-üzə gələcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: