"Çelsi"nin baş məşqçisi Frenk Lempard London klubunda antirekorda imza atıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, komanda onun rəhbərliyi altında artıq dördüncü oyundur məğlub olur.
Lempard klub tarixində ilk 4 oyunda uduzan yeganə baş məşqçidir. Bu oyunlarda top fərqi isə 1:7-dir.
Qeyd edək ki, "Çelsi”nin əfsanəvi oyunçusu bu ayın əvvəlində uğursuz çıxışlara görə istefaya göndərilən Qrem Potteri əvəzləyib.