Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

A- A A+

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu ada İspaniya "Real Madrid"inin futbolçusu Federiko Valverde layiq görülüb.

Uruqvaylı yarımmüdafiəçi səsvermədə İtaliya "Milan"ından Rafael Leau, "İnter"dən Lautaro Martines və İngiltərənin "Mançester Siti" klubundan Kevin De Brüyneni qabaqlayıb.

Qeyd edək ki, Valverde İngiltərədə "Çelsi"yə 2:0 hesabı ilə qalib gəldikləri matçda məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: