Ərəb klubu "Real Madrid"in futbolçusuna 50 milyon avroluq müqavilə təklif edib

A- A A+

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

NUHÇIXAN İnformasiya Agentliyi AS nəşrinə istinadən xəbər verir ki, bu ölkənin təmsilçilərindən biri 38 yaşlı yarımmüdafiəçiyə iki illik müqavilə təklif edib.

Xorvatiyalı oyunçu bunu qəbul etsə, 50 milyon avro məvacib alacaq.

Modriç "Real Madrid"də qalmaq istəyir, lakin paytaxt klubu hələlik sözləşmənin uzadılması ilə bağlı rəsmi təklif göndərməyib.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən Madrid təmsilçisinin formasını geyinir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: