Aprelin 22-də Avropa Badminton Konfederasiyasının Bakıda keçirilən konqresində quruma prezident seçkiləri keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, belçikalı Sven Serre daha çox səs toplayıb.
O, 43 səsdən 32-ni toplayaraq növbəti 4 il müddətinə Avropa Badminton Konfederasiyasına rəhbərlik edəcək.