“Barselona” Avropanın “Top-7” liqası tarixində yeni rekorda imza atıb

A- A A+

İspaniya klubu “Barselona” Avropanın “Top-7” liqası tarixində ilk 30 turda 10-dan az qol buraxan ilk komanda olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kataloniya klubu La Liqanın XXX turunda “Atletiko” üzərində 1:0 hesablı qələbə qazanaraq, yeni rekorda imza atıb.

Xavi Ernandesin kollektivi bu görüşlərin 23-də qapısının toxunulmazlığını qorumağı bacarıb. Geridə qalan 30 turda “Barsa” ümumilikdə 9 qol buraxıb. İndiyə qədər İngiltərə, İspaniya, Almaniya, İtaliya, Fransa, Portuqaliya və Niderland yüksək liqasında heç bir klub belə göstəriciyə imza ata bilməyib.

Buna qədər rekord Portuqaliya “Portu”suna (1991/1992 mövsümünün 30 turunda 10 qol) və İngiltərə “Çelsi”sinə (2004/2005 mövsümünün 30 turunda 10 qol) məxsus idi.

Qeyd edək ki, “Barselona” hazırda 76 xalla La Liqada turnir cədvəlinə başçılıq edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: