“Neftçi” klubu Azərbaycan kuboku yarışlarının finalına yüksəlib

A- A A+

Futbol üzrə Azərbaycan kuboku yarışlarında ilk finalçı bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirin yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi” klubu “Turan Tovuz”u qəbul edib.

“Bakcell Arena”da keçirilən matç “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Emin Mahmudov və Kenni Sayef fərqləniblər.

Komandalar arasında keçirilən ilk oyun “Turan Tovuz”un minimal hesablı qələbəsi ilə yekunlaşmışdı – 1:0. İki oyunun nəticəsinə görə, “Neftçi” turnirin finalına vəsiqə qazanıb.

Digər yarımfinal matçında isə "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Bu görüş aprelin 27-də gerçəkləşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: