"Zirə" 2800, "Qarabağ" 2400 manat ziyana düşüb

A- A A+

AFFA İntizam Komitəsi "Qarabağ" və "Zirə" klublarını cərimələyib.

NUHÇIXAN İnformasiya Agentliyi Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb komandalar arasında keçirilmiş Premyer Liqanın XXXI tur oyununda baş verən hadisələr olub.

Ağdam təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat ödəyəcək. Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün "köhlən atlar" əlavə olaraq 1600 manat da ziyana düşüb.

"Zirə" görüşdən sonra “A buraxılışı” olmayan nümayəndələrinin meydançaya daxil olmasına görə 800 manat, İntizam Məcəlləsinin 50.7 bəndini pozduğuna görə isə 2000 manat məbləğində cərimələnib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: