"Kobra" Pərvizdən növbəti qələbə - VİDEO

A- A A+

Peşəkar kikboksinq üzrə altıqat dünya çempionu, Türkiyədə kifayət qədər məşhur olan "Qəbələ" İdman Klubunu təmsil edən Pərviz Abdullayev növbəti qələbəsini qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 37 yaşlı "Kobra" ləqəbli idmançı Türkiyədə "Akın Fight Arena" turniri çərçivəsində keçirilən gecədə 66-cı peşəkar döyüşünə çıxıb.

85 kq çəki dərəcəsində baş tutan görüşdə onun rəqibi ABŞ təmsilçisi Omar Moreno olub. İdmançımız 2 dəfə rəqibini nokdauna salsa da, 27 yaşlı amerikalı kikboksçu özündə taqət taparaq döyüşü davam etdirib. Bununla belə, 3 raundun sonunda qalib elan olunan idmançı Pərviz Abdullayev olub. O döyüşdən sonra bu görüşün karyerasının son döyüşü ola biləcəyini istisna etməyib.

Həmçinin, döyüş gecəsində daha 2 azərbaycanlı idmançı yarışıb, lakin hər 2-si yerli kikboksçulara uduzub. Mübariz Ağamalıyev Rəcəp Doğana yenilib. 40 yaşlı Anar Süleymanov isə 2-ci dəfə qarşılaşdığı Tuncay Güvənə uduzub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: