Azərbaycan millisinin Türkiyə yığması ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

A- A A+

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının aprelin 30-dan mayın 7-dək Antalyada təlim-məşq toplanışı olacaq.

NUHÇIXAN İnformasiya Agentliyi AFFA-nın saytına istinadla xəbər verir ki, millimiz hazırlıq çərçivəsində Türkiyə yığması ilə üç yoldaşlıq oyunu keçirəcək.

Hazırlıq prosesinə qapıçılar - Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov, oyunçular - Comərd Baxşəliyev, Elşad Manafov, Amid Nəzərov, Orxan Məmmədov, Fuad Hüseynov, Kamil Hüseynov, Bayram Paşazadə, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Tural Qurbatov, Emil Həsənzadə və Kamran Qürbətov dəvət olunublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: