FIDE reytinqi: Rəcəbov mövqeyini qoruyub, qadın şahmatçılar geriləyiblər

A- A A+

Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün reytinq cədvəlini açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın yenə bir təmsilçisi yer alıb.

Teymur Rəcəbov 2747 xalla 10-cu sıradakı mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov isə 2738 xalla 16-cı yerdə qalıb.

Qədir Hüseynov (2661) 1 pilləlik geriləyişlə 80-ci sıraya düşüb. Rauf Məmmədov (2646) isə əksinə, bir addım irəliləyib. O, hazırda 97-ci pillədədir.

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2853) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2794) ikinci, çinli Din Liren (2789) üçüncüdür.

Qadın şahmatçıların hər biri 2 pillə geriləyib. Günay Məmmədzadə (2449) 25-ci, Ülviyyə Fətəliyeva (2401) 54-cü, Gövhər Beydullayeva (2375) 73-cü, Gülnar Məmmədova (2349) 98-ci yerdədir.

Qadınların reytinqinə çinli Xou İfan (2628) başçılıq edir. Onu FIDE bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina (2571) və hindistanlı Xampi Koneru (2567) izləyirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: