Azərbaycan millisi UEFA inkişaf turnirinə qələbə ilə başlayıb

A- A A+

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA inkişaf turnirində bu gün ilk oyununu keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi AFFA-nın saytına istinadla xəbər verir ki, Farer adaları komandası ilə qarşılaşan futbolçularımız 4:2 hesabı ilə qələbə qazanıblar.

Komandamızın qollarını 50-ci və 90+3-cü dəqiqədə Əhməd Tarverdiyev, 85-ci dəqiqədə Ümid Səlimov, 90+5-ci dəqiqədə isə İslam İsmayılzadə vurublar.

Millimiz növbəti oyununu mayın 4-də Albaniya komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: