Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXII turuna “Neftçi” – “Qarabağ” matçı ilə yekun vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əzəli rəqiblərin görüşü Ağdam klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.
“Bakcell Arena”da keçirilən matçda “Qarabağ”ın heyətində Ramil Şeydayev, Leandro Andrade və Abdullah Zubir fərqləniblər. Bakı təmsilçisinin qollarını isə Mateus Saldanya və Emin Mahmudov vurub. Qarşılaşmada “Neftçi”nin futbolçusu M.Saldanya avtoqolla da yadda qalıb.
“Neftçi” məğlub olmasına baxmayaraq sona 4 tur qalmış mövsümü bürünc medalla başa vuracağını rəsmiləşdirib.
“Sabah” klubu 74 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb və Bakı təmsilçisi üçün əlçatmaz olub. Lider “Qarabağ” isə xallarının sayını 81-ə yüksəldib. “Neftçi”nin hesabında 61 xal var.
Qeyd edək ki, turun bundan əvvəlki oyunlarında “Sumqayıt” “Kəpəz”i (1:0), “Turan Tovuz” “Zirə”ni (3:1) səfərdə, “Sabah” “Şamaxı”nı (1:0), “Qəbələ” isə “Səbail”i (4:2) evdə məğlub edib.