Bədii gimnastlarımız İspaniyada bürünc medal qazanıblar

A- A A+

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri İspaniyanın Quadalaxara şəhərində “Challenge” seriyasına aid dünya kuboku yarışlarında çıxış ediblər.

NUHÇIXAN xəbər verir ki, Ayşən Bayramova, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Doman, Aliyə Paşayevadan ibarət qrup hərəkətləri komandamızın final mərhələsində 3 top və 2 iplə çıxışları onlara turnirin bürünc medalını qazandırıb.

On yeddi komanda arasında gedən mübarizədə qızlarımızın çıxışlarının hakimlər tərəfindən 17.350 xalla dəyərləndirilməsi, onları yalnız Bolqarıstan və İtaliya komandalarından geri salıb.

Dünya kuboku ilə paralel Fransanın Korbeyl-Esson şəhərində keçirilən beynəlxalq turnirdə isə ölkəmizi yeniyetmə bədii gimnastlarımız Darya Sorokina, Arzu Cəlilova və Yelizaveta Luzan təmsil ediblər. Gimnastlarımız arasında ən yaxşı nəticəni A.Cəlilova göstərib. O, gürzlər və lent ilə çıxışına görə, 4-cü yerdə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: