Joze Mourinyo "Çelsi"nin təklifinə rədd cavabı verib

A- A A+

"Roma" futbol klubunun baş məşqçisi Joze Mourinyo İtaliyada qalmaq istəyir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, portuqaliyalı mütəxəssisə "Çelsi"dən təklif gəlib. Lakin o, İngiltərə təmsilçisini çalışdırmaqdan imtina edib. Mourinyo London klubunun nümayəndələrinə Roma təmsilçisində qalmaq istədiyini bildirib.

Qeyd olunur ki, məşqçi "Roma"nın sahibləri ilə klubdakı gələcəyini müzakirə etmək istəyir. O, 2004-2007-ci illərdə və həmçinin 2013-2015-ci illərdə "Çelsi"ni çalışdırıb və 3 dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: