Azərbaycan voleybolçusu Rumıniya çempionatının bürünc medalını qazanıb

A- A A+

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatının bürünc medalını qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, Y.Rubanın şərəfini qoruduğu "CSM Lugoj" üçüncülük uğrunda “Rapid Bucuresti” klubu ilə üz-üzə gəlib.

Cütün hər üç matçında (3:0; 3:2; 3:1) qalib gələn voleybolçumuzun komandası Rumıniya çempionatının bürünc medalına sahib çıxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: