Minifutbol üzrə Azərbaycan millisi Serbiya yığması ilə qarşılaşacaq

A- A A+

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirində qrup mərhələsinə yekun vurulacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, B qrupunda yer alan Türkiyə millisi Cənubi Afrika Respublikası, Fransa isə Qazaxıstan ilə qarşılaşacaq.

A qrupu çərçivəsində isə İtaliya - Çexiya və Azərbaycan – Serbiya matçları oynanılacaq. Millimizin oyunu saat 19:00-da başlayacaq.

Millimiz ilk oyunda Çexiya ilə qolsuz heç-heçə edib. Daha sonra İtaliya və Gürcüstan seçmələrinə 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. İkinci və üçüncü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: