Fransanın “Marsel” klubu Zinəddin Zidanı baş məşqçi postuna gətirmək istəyir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, buna komandanın indiki baş məşqçisi İqor Tudorun “Yuventus” klubundan təklif alması səbəb olub. Xorvatiyalı mütəxəssis Turin klubuna getməyə razılıq versə, “Marsel” Z.Zidanla danışıqlara başlayacaq.
Liqa1 təmsilçisinədək PSJ, “Real Madrid” və “Yuventus” da 51 yaşlı fransalı mütəxəssisin xidmətlərində maraqlıdır.
Qeyd edək ki, Zidan 2021-ci ildə “Real”dan ayrıldıqdan sonra heç bir komandada çalışmayıb.