“Araz-Naxçıvan” I Divizionda çempionluğu təmin edib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, futbol üzrə Azərbaycan I Divizionda çempion müəyyənləşib. “Araz-Naxçıvan” tarixində 2-ci dəfə aşağı dəstənin qalibi olub.

2013/14 mövsümündəki uğurunu təkrarlayan muxtar respublika təmsilçisi çempionluğu 27-ci turda rəsmiləşdirib. Ötən çempionatın qalibi “Qaradağ Lökbatan”la qarşılaşan Azər Bağırovun yetirmələri səfərdə 2:0 hesablı qələbə qazanıb.

Bununla da “Araz-Naxçıvan” 25 oyundan sonra xallarının sayını 63-ə çatdırıb. Ən yaxın izləyicisi “Neftçi-2”ni 11 xal qabaqlayan "qırmızı-ağlar" mövsümün sonuna 3 tur qalmış çempionluğu təmin edib.

“Araz-Naxçıvan” I Divizionda (əvvəl birinci dəstə adlanıb) iki dəfə çempion olan 5-ci komandadır. Bunadək MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” da iki uğura imza atıb.

Komandanın baş məşqçisi Azər Bağırov sevincini Naxçıvan televiziyası ilə bölüşərək bildirib ki, qazanılan çempionluğu ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edirlər.

"Araz-Naxçıvan"a növbəti mövsümdə Misli Premyer Liqasında uğurlar arzu edirik!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: