Naxçıvanda gənclərin iştirakı ilə "Qayıdış: Qərbi Azərbaycan" mövzusunda seminar keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə  bildirilib ki, seminar Naxçıvanda ali təhsil müəssisələrinin tələbələri və Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə keçirilib.

Çıxış edənlər bildiriblər ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi qələbə regionda və bütövlükdə dünyada geosiyasi vəziyyəti dəyişdi. Qərbi Azərbaycanla bağlı atılan addımların əsas məqsədi isə vaxtilə orada yaşayan soydaşlarımızın hüquqlarının bərpa edilməsi və tarixi torpaqlarımıza qayıdışla bağlıdır.

Vurğulanıb ki, azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi Qərbi Azərbaycan ərazisindəki türk-müsəlman abidələrinin çox böyük bir hissəsi məhv edilib, bir çoxu isə saxtakarlıqla özününküləşdirilib.

Tədbir diskussiya formatında davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: