Şahmat üzrə muxtar respublika birinciliyi sona çatıb - FOTOLAR

A- A A+

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat üzrə muxtar respublika birinciliyində qalib və mükafatçılar bəlli olub.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Şahmat Mərkəzində keçirilən yarışa 142 şahmatçı qatılıb. Şəxsi birincilik xarakteri daşıyan yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olub.

Ərturan İsmayılov 8,5 xallıq göstərici ilə yarışın qalibi olub. Uğur Həsənli 8 xalla ikinci, Mirsaleh Seyidli isə üçüncü olub. Qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar. 

Qeyd edək ki, yarış Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

"Heydər Əliyev İli" və dahi şəxsiyyətin 100 illik yubileyi münasibətilə muxtar respublikada silsilə idman tədbirləri davam etdiriləcək. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: