Suqovuşan Avropa və dünya kuboku yarışlarına ev sahibliyi edə bilər

A- A A+

Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zungrana və Beynəlxalq Kanoe Assosiasiyasının rəhbəri Tomas Koneçkoya Suqovuşandakı su hövzəsini göstərdik. Əminliklə söylədilər ki, gələcəkdə burada Avropa və dünya kuboku yarışları keçirmək olar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev deyib.

Baş katib bildirib ki, “Prezident kuboku-2023” beynəlxalq reqatası Suqovuşanda start götürdü. Həmin görüntüləri Avropa və dünya federasiyasının prezidentləri də izlədilər. Onlar iştirak edə bilməsələr də, yarış üçün belə tədbirin təşkilini bəyəndilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: