Azərbaycan boksçusu Nəbi İsgəndərov dünya çempionatına qələbə ilə başlayıb

A- A A+

Azərbaycan boksçusu Nəbi İsgəndərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionatda 67 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü 1/16 finalda Ali Habibinejadla (İran) döyüşüb.

Görüş N.İsgəndərovun qələbəsi ilə yekunlaşıb. Gəncə boks məktəbinin yetirməsi rəqibini 4:1 hesabı ilə məğlub edib. O, səkkizdəbir finalda rusiyalı Tarxan İdiqovla üz-üzə gələcək. Döyüş mayın 9-da olacaq.

Qeyd edək ki, 107 ölkədən 538 boksçunun qatıldığı dünya çempionatı mayın 14-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: