Naxçıvanda şahmat festivalı yüksək səviyyədədir

A- A A+

Artıq beşinci dəfədir ki, Naxçıvanda təşkil olunan Beynəlxalq Şahmat festivallarında iştirak edirəm. Arzum budur ki, bu festival ənənəvi olsun və biz hər il bu yarışda iştirak edək.

NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının iştirakçısı, Hollandiya təmsilçisi qrossmeyster Sergey Tviyakov deyib.

“Naxçıvanda təşkil olunan şahmat festivallarında həmişə yüksək səviyyəli təşkilatçılıqla qarşılaşmışam. Burada biz şahmatçılar üçün çox gözəl şərait yaradılıb, bizə hörmət və diqqətlə yanaşılır. İstər oyunlarda iştirakımız, istərsə də istirahətimiz və rahatlığımız üçün lazım olan hər şey var”, – deyən Sergey Tviyakov Naxçıvanın füsunkar təbiəti və təmiz havası olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: