“Naxçıvan marafonu-2023” keçirilib - VİDEO
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Naxçıvan marafonu-2023” keçirilib.
Yarışda iştirak üçün ümumilikdə iki mindən çox şəxs qeydiyyatdan keçib. Həmçinin dövlət qulluqçuları, hərbçilər, mədəniyyət və incəsənət adamları, tələbələr, idmançılar, paralimpiyaçılar, ictimaiyyət nümayəndələri yarışda iştirak ediblər. Yarışa muxtar respublikada fəaliyyət göstərən 60-dan çox təşkilat və şirkətin təmsilçiləri qoşulub.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyası əməkdaşlarının marafondan hazırladıqları videomaterialı təqdim edir:
Yunis Allahverdiyev
Şövkət Kərimli